Valentin Serov "Rəssam K.A. Korovinin portreti"
- 22 Tem 2017
- 1 dakikada okunur
Tarixi: 1891
Texnikası: kətan üzərində yağlı boya
Saxlanıldığı yer: Tretyakov qalereyası, Moskva, Rusiya

İncəsənət dahisinin müasirləri V. Serov və K. Korovinin şəxsi münasibətlərini əsl kişi dostluğunun münunəsi hesab edirdilər. Korovinin portreti əsərini tənqidçilərin bir qismi Serovun zarafatı kimi qəbul etdi. Çünki doğurdan da əsər Serova xas olmayan bir üslubda çəkilmişdir. Bu kobud yaxmalar daha çox Korovinin temperamentinə uyğun idi. Serov dostunun porterini çox sərbəst və rahat çəkdi. Özünü dəqiqliyi və ləngliyi ilə yormadı. Sırf Korovin üslubuna xas əsərə impressionzim qatmışdı. Serov və Korovin ayrılmaz dostlar idi. Savva Mamontov onları “Korov və Serovin” adlandırırdı. Onların temperamentində, xasiyyəti, alışqanlıqları və həyat tərzinin tam fərqli olmasına baxmayaraq. Serov hər zaman səliqəli geyimli, xarizmatik və çox ciddi görünüşünə qarşılıq Korovinin səliqəsiz rəssamlara xas geyimi, qeyri-sabit, məsuliyyətsiz olması idi. Korovin adətən öz işlrini 2-3 seansa bitirirdi. Serov isə əksinə əsərləri ilə çox əlləşirdi, qurutması çox vaxt aparırdı. Korovinin portretini isə Serov sanki dostunun temperamentinə tabe olub, tamamilə Korovinin üslubunda işləyir. Eyni zamanda Korovin bu əsərdə tamamən yaradıcı şəxsiyyət, incəsənət adamı kimi təsvir edilib. Serovun əsərində Korovin divanda sərbəst şəkildə uzanıb. Onun sərbəst pozası etiket qaydalarına riayət etmək istəməməsini göstərir. Baxmayaraq ki, Serov bu potrerti Korovinin üslubunda çəkib. Lakin özündən tamamilə uzaqlaşmadı. Korovinin üzü çox dəqiq təsvir olunub. Rəssamın iti baxışı, xeyirxah ironiya ilə dolu zəif təbəssümü ustalıqla çatdırırlıb. O, qırmızı və ağ zolaqlı balınca dirsəklənib və divara söykənib. Sonralar Korovin Serovın qızı Olqaya danışırdı ki, divar çox soyuq idi və günün sonunda onun kürəyi donmuşdu. Çünki Serov özünə sadiq qalaraq çox ləng və vasvası işləyirdi. Lakin buna baxmayaraq portret bir qədər tamamlanmamış qaldı.
Stolun üzərində etüdlər var. Lakin onlar olmasa belə portretdə təsvir olunan adamın peşəsinin təxmin etmək olar.
Yorumlar