top of page
  • Google+ Social Icon
  • Twitter Social Icon
  • LinkedIn Social Icon
  • Facebook Social Icon

COVANNİ BERNINI "PLUTON VƏ PZORZERPİNA"

  • 10 Şub 2017
  • 2 dakikada okunur

Tarixi: 1621-1622

Texnikası: mərmər

Saxlanıldığı yer: Borqeze qalereyası, Roma, İtaliya

Əfsanəyə görə, ilahə Demetranın və ilahlar ilahı Zevsin Prozerpina adlı gənc və gözəl qzı var idi. Nə demetra, nə də Prozerpina bilmirdilər ki, Zevs qızını kölgələr və ölülər hökmdarı Plutona ərə verməyə söz verib. Prozerpina ömrü boyu yeraltı dünyanın qaranlığında yaşamalı idi. Pluton Prozerpinanı rəfiqələri ilə birlikdə çiçəkli vadidə əyləndiyini görür. İlahə Geyadan xahiş elədi ki, qeyri-adi gözəllikdə çiçək yetişdirsin. Prozerpina bu çiçəyi görər-görməz əlini uzadıb onu qopartmaq istədi. Elə bu anda yer yarıldı və yerin altından qızıl arabada Pluton qalxdı. O Prozerpinanı yer altına apardı. Prozerpinanın qaçırılmasını günəş ilahı Heliosdan başqa heç kim görmədi. Demetra qızının qışqırığını eşitsə də, onu heç yerdə tapa bilmədi. Düz 9 gün Demetra yer üzərində gəzərək qızını axtardı. Onuncu gün o Heliosun yanına gəlir, ona yalvarmağa başladı ki, Prozerpinanı tapmağa kömək eləsin. Helios hər şeyi Demetraya anlatdı. Demetra Zevsə çox qəzəbləndi. O Olimpi tərk edərək yer üzündə adi ölümlü həyatını yaşamağa başladı. Amma Demetra məhsuldarlıq ilahəsi olduğundan onsuz yer üzündə yaşıllığın kökü kəsildi: ağaclarda yarpaqlar qurudu, bağlar məhz oldu, üzümlüklər bar vermədi, yer üzündə həyat məhv oldu. Bütün insan nəslini yer üzündən silinmək təhlükəsi gözləyirdi. Bunu görən Zevs məcbur qalıb Plutona tapşırdı ki, Prozerpinanı anasının yanına qaytarsın. Pluton razılaşdı lakin öncədən Prozerpinaya nigah simvolu olan nar dənələrini yedirtdi. O vaxtdan bəri Prozerpina ilin 2/3ni anası ilə 1/3i isə plutonla keçirir. Bu əfsanə poeziyada da, rəssamlıqda da, heykəltəraşlıqda da geniş əksini tapıb.

Hans fon Aaxen, “Prozerpinanın qaçrılması”

Luka Cordano, “Prozerpinanın qaçrılması”

Rəsm əsərlərindən Ruminiyanın Brukental Milli muzeyində saxlanılan alman rəssamı Hans fon Aaxenin, Florensiyada Palazo Mediçi Rikardidə saxlanılan Luka Cordanonun və başqalarının eyni adlı rəsmləri qeyd etmək olar. Heykəltəraşlıq nümunələrindən isə Vasiliy Demut-Malinovskinin mərmər, Simon Lui Buazonun bürüncdən hazırladığı heykəlini,

Simon Lui Buazo Vasiliy Demut-Malinovski

və daha bir çox müəllifin adını qeyd etmək olar. Lakin “Prozerpinanın qaçırılması” dedikdə ağlımiza ilk gələn Covanni Lorenso Berninin 1621-1622-ci ildə mərmərdən yonduğu və hazırda Romada Borqeze qalereyasında saxlanılan heykəlidir. Bernini bu əsəri yaratdıqda onun cəmi 23 yaşı var idi. Heykələ baxdıqda bütün detallar incəlikcə işlənib. Pluton Prozerpinanı qaçırsa da, onu elə zərif tutub ki, sanki incitməkdən qorxur. Bernini Plutonun zəfərini deyil, mərmərdə onların mübarizə anını əks etdirib. Plutonun üzündəki güc və yüngül təbəssüm, Prozerpinanın üzündəki məsumluq və çarəsizlik var. Prozerpinaya diqqətlə baxdıqda onun yanaqlarında mərmər göz yaşları çox təbii görünür. Heykəltəraş Plutonun saqqalını, Prozerpinanın saçlarını böyük məharətlə işləyib. Plutonun barmaqlarının Prozerpinaya toxunuşu o qədər dəqiq çatdırılıb ki, adama elə gəlir ki, Pluton əlini çəksə Prozerpinanın bədnində onun barmaqlarının göyərmiş izi qalar.

Bernini memuarlarının birində yazırdı: “Mən mərmərə qalib gəldim və onu mum kimi plastik elədim”

Berninin dahiliyi yalnız işin incəliyində və detallarında deyil, o bütün kompozisiyanın ağırlığını sanki hərəkət edən spirala bürüyüb. Bu heykəl sadəcə 3600-lik görünüşə malik olan əsərlərdən deyil. Eyni zamnada sujetin özü zaman kəsiyində dəyişib, qısa filmə çevrilir. Sanki soldan baxdıqdan Pluton Prozerpinanı tutub aparır, sağdan baxdıqdan isə Prozerpina çırpınır və ağlayır. Frontal baxış Plutonun zəfərini arxadan baxış isə onların uzaqlaşmasını göstərir. Sonda bunu da qeyd etmək lazımdır ki, son bərpa işləri əsəri bərbad günə qoyub. Heykəli zamanın tozundan və bozarmasından təmizlərkən müəllifin incəliklə işlədiyi bütün kölgə və keçidləri silmişdirlər.

 
 
 

Yorumlar


RECENT POST
  • Grey Google+ Icon
  • Grey Twitter Icon
  • Grey LinkedIn Icon
  • Grey Facebook Icon

© 2023 by Talking Business.  Proudly created with Wix.com

bottom of page