top of page
  • Google+ Social Icon
  • Twitter Social Icon
  • LinkedIn Social Icon
  • Facebook Social Icon

İvan Kramskoy “Naməlum qadının portreti”

  • 12 Tem 2017
  • 2 dakikada okunur

Tarixi: 1883

Texnika: kətan üzərində yağlı boya

Saxlanıldığı yer: Tretyakov qalereyası, Moskva, Rusiya

Kətan üzərində Aniçkov sarayının pavilyonlarından Neva prospekti ilə açıq ekipajda gəzintiyə çıxan gənc qadın təsvir olunub. Arxasında sağda Aleksandrin teatrı görünür.

Kimliyi məlum olmayan bu qadın tamaşaçıya baxır. Model bir çox sənətşünaslar tərəfindən tənqid olunub. Səbəb isə qadının bu qədər sərt baxışlı olması idi. Bu əxlaqdan kənar sayılırdı. Lakin hazırda Rusiyanın ən məşhur rəsmlərindən sayılır.

əsər hələ də rəssamın müəmmalı tapmacası olaraq qalıb. Nə məktublarında nə də gündəliyində bu qadın hada heçnə yazılmayıb.

Onun geyimi-fransız dəbli şlayapası zərif yüngül lələklərlə düzəldilib. dəridən tikilmiş “isveç” əlcəkləri, samur xəzi və göy atlas lentlərlə bəzədilmiş “skobelev” paltosu 1880-ci illərin son dəbinə uyğundur.

Ilk dəfə əsər 1883-cü ildə səyyar rəssamların XI sərgisində nümayiş olunmuşdu. Eyni zalda Repinin “Kurs quberniyasında xaç yürüşü”, Makovskinin “Görüş” “Hökm”, Surikov “Menşikov Berezova kəndində” sərgilənirdi. Və bu əsərlər arasında “naməlum qadın portreti” heç uymurdu. O portert bütün ekspozisiyaya qarşıdurma mövqeyindəydi. Ziyarətçilərin diqqətini şəkməklə yanaşı digər rəssamların qıcıq səbəbi olurdu.

Ümumiyyətlə kramskoy üsyançı kimi tanınırdı. O rəssamlıq akademiyasının ənənələrinə qarşı çıxmış akademiyanın 14 məzunundan biri idi. O əsasən xalq incəsənətinin tərəfdarı idi və səyyar sərgilərin təşəbbüskarı kimi çıxış edirdi. O mahiyyətcə çox dərin əsərlər yaradırdı. Məsələn “İsa səhrada”…

Sanki öz dəsti xəttinə xəyanət etmiş kramskoy süslənmiş bir gözəli təqdim edir. əsərin adının “naməlum qadın” olması daha çox dedi-qoduya səbəb oldu.

Belə geyinmiş qadın kübar cəmiyyətə aid ola bilməzdiş çünnki XIX əsrin kübar qadınları dəbi təqib etməyib çox sadə geyinirdilər. Belə zəngin tam dəbə uyğun geyinənlər adətən kübar cəmiyyətə buraxılmayan qadınlar idi.

Bəziləri iddia edirdilər ki, bu əsər nümunə olmayan bir qadının yığma obrazıdır. Guya Kramskoy bu əsəri cəmiyyətdə olan əxlaqzılığı üzə çıxarmaq üçün yazıb.- boyalı dodaqlar, dəbli bahalı geyim, qadında əxlaq normalarının olmamasını göstərir.

Bəzi variantlara görə qadının prototipi Kurs şəhərindən olan kəndli qızı Martyona Şavvişnadır. O zadəgan Bestujevə ərə gedib. Kramskoy onunla Peterburqda tanış olub. Rəssam onun gözəlliyinə valeh olub. D. Fridrixin Praqada olan olan şəxsi kolleksiyasında bu qadının daha dəqiq təsvir olduğu etüd var.

Orada qadın çox kobud və yekəxana görünür. ətrafdakılara da nümayişkanə sürətdə baxır. Bu rəssamın doğurdan da ifşa edici portret yaratması fikrinə əsas Verdi. Lakin son variantda Kramskoy qadının cizgilərini yumşaltdı. Ona daha alicənab zahiri görünüş Verdi. əsərdə rəssamın qızı Sofiya Kramskayanın da təsvir olunduğu versiyası var. doğurdan da naməlum qadını qızının portreti olan “Pişikli qız” (1882) müqayisə etsək, zahiri oxşarlıq var.

Bu əsərin fərqi ondandır ki, qadın demək olar ki tam təsvir olunsa da sanki üzü tamaşaçıya daha yaxındır. Onun üzünün dərisinin matlığı, uzun kirpiklərinin kölgəsini də, sanki soyuğun təsirindən yaşaran gözlərini də şaxtadan çəhrayı rəng almış üzünü də tamaşaçı çox yaxından görə bilir.

Ümumiyyətlə kramskoy çox istedadlı portretçi idi. Onun portretdə təsvir olunan insanın daxil ialəminin ifadə edə bilməsi bir çoxuna qeyri adi gəlirdi. Kramskoy “Aylı gecə”, “təsəllisiz kədər” və “naməlum qadın” əsərləri 3 qadın 3 taleh…

Rəssamın qızı iddia edirdi ki, atası portreti müxtəlif qadınardan çəkib və bu yığma obrazdır.

əsər Anna Kareninanın bəzi nəşrlərinin üz qabığı olub. Guggenheim qalereyasının kuratoru Valeriya Killings 2008-də “Bəziləri onu Anna Karaneniyaya bənzədir, amma o özünəməxsus rus qadınının xüsusiyyətlərinə malikdir.”

Bu əsər səbəbindən qəzetlər yazırdı ki sərgiyə yeniyetmə oğlanları aparmaq məsləhət deyil.

Hörmətli ailələrin analarına məsləhət görülürdü ki, övladlarını bu sərgiyə göndərməsinlər.

Tretyakovun əsəri almama səbəbləri arasında ən çox bu göstərilir.

2013-də Çarskoye Selo həyətində Aleksandr Taratınov tərəfindən “3D rəssamlıq” layihəsində əsərin heykəli yaradılıb.

 
 
 

Yorumlar


RECENT POST
  • Grey Google+ Icon
  • Grey Twitter Icon
  • Grey LinkedIn Icon
  • Grey Facebook Icon

© 2023 by Talking Business.  Proudly created with Wix.com

bottom of page