Sankt-Peterburqda Admirallıq binası
- 12 Tem 2017
- 3 dakikada okunur

Binanın əsası 5 noyabr 1704-cü ildə qoyulub. Ilk dəfə Peterburq Admirallıq binası I Pyotrun imzaladığı çertyojlar əsasında inşa edilib. Bu barədə yazılıb ki " uzunluğu 200 sajen, eni 10 sajen olan admirallıq binasının əsasını qoyduq". Hazırlıq işləri qısa müddətə tamamlanıb. 1705-ci ilin əvvəlində tərsanədə artıq ilk gəmilər tikilməyə başlandı. Şimal müharibəsi şəraitində buranı qorumaq üçün bina qalanı xatırladacaq şəkildə tikildi. 1709-cu ildə I Pyotrun tapşırığı ilə Model-Kammerin əsası qoyuldu. 1722-ci ildən başlayaraq artıq burada tikilən bütün gəmilərin modelləri saxlanılırdı. 1805-ci ildə Model-Kammeri Dəniz muzeyinə çevirdilər və bu muzey 1939-cu ilə qədər fəaliyyət göstərirdi. 1711-ci ildə admirallıq binasının yenidən qurulması baş verdi. 1719-cu ildə darvazanın üzərində metal şpil üzərinə balaca gəmi sancılır.
Bu iş Holland ustası Haman Van Bolos tərərfindən icra olundu. Şpildə olan gəmi Peterburqun simvollarındandır. əfsanəyə görə gəmi dirəklərinin üç bayrağı təmiz sikkə qızıldan hazırlanıb. Belə hesab olunur ki, I Pyotrun şəxsi kompası burun hissəsində yerləşirdi. Ilkin variantı dirəkdə 1815-ci ilə kimi qaldı. Sonra isə təmir vaxtı itirildi və yenisi ilə əvəz olundu. Ikinci gəmi 71 il dayandı. 1886-cı ildə növbəti təmir zamanı o dəqiq kopyası olan yenisi ilə əvəz olundu. Digəri isə (çəkisi 65 kq, uzunluğu 192 sm, hündürlüyü 158 sm) dəniz muzeyinin ekspozisiyasına verildi.

1732-1738-ci illərdə İ.K. Korobov tərəfindən Admiralıq binasının daş binası inşa olundu.
Darvazanın üzərində mərkəzdə qızıl suyuna çəkilmiş mərkəzi qüllə yeləşdirilib. Admirallıq iynəsi adlandırılan 72 m hündürlüyü olan bu qızılı şpilin üzərinə gəmi-fluger yerləşdirilib. XIX əsrin əvvəllərində Admirallıq binası şəhərdə mərkəzi bina mövqeyinə cavab vermirdi. Buna görə də binanın zahiri görünüşü elə dəyişilməli idi ki, yaxinliqda yerləşən Qiş sarayı və digər möhtəşəm tikililərin memarlıq ansambılları ilə həmahəng yaratsın. 1806-1823-cü illərdə Zaxarov bu prablemi həll etdi. O, binanı tamamilə dəyişdi. Köhnədən yalnız şpil olan zərif qüllə qaldı.

Tərsanənin ətrındakı əlave tikililər dağıdıldı, bulvar salındı (indiki Aleksandr bağı). Çoxdan mövcud binanın planını qumaq .ərti ilə Zaxarov yeni möhtəəm bina yaratdı. Əsas fasadın uzunluğu 407 metrə çatdırıldı. Beləliklə o şəhərdə əvvəlki mərkəzi vəziyyətini qorudu. Şəhərin 3 əsas magistralı-Neva prospekti, Qaraxova küçəsi, Vazkesenski prospekti bu binaya biləşirdi.
Binanın planı 2 “П” – yə bənzər korpusdan ibarətdir. Onların rasından su ilə doludurulmuş xəndək keçirdi. Xarici korpusda Rusiyanın dəniz və çay donanmasının adminstrativ müəsisələri yerləşirdi. Daxildə isə əvvəlki kimiemalatxanalar fəaliyyət göstəsrirdi. Admirallıq binasının heykəltraşlığı xüsusi yer təşkil edir. Yan portiklərin frontonunda yunan ədalər ilahəsi Femidanın əsgərləri və sənətkarları təftifinin təsvirini verən relyeflər var (S.S.Pimenov, V.İ.Demut-Malinovski, A.A.Anisimov). Mərkəzi arkanın hə iki tərəfində yüksəs pastament üzərində qlobus daşıyan nimfaların heykəli var (Şedrin). Arkanın üzərində şöhrət və rusiyada donanmanın yaranması borelyefi var. (İ.İ.Terebeyev). Birinci yarusun künclərində antik qəhrəmanların fiqirları – Makedoniyalı İskəndər, Axilles, Ayaks və Pir var. Sütunların üzərində 28 alleqorik heykəl var. Dörd ünsür- hava,od,su,torpaq; ilin 4 fəsli-yaz, yay, payız, qış; dünyanın 4 tərəfi-şimal, cənub, şərq, qərb; ilin 12 ayı, astronomiyanın ilham pəriləri-Uraniy, Gəmiçilərin hamisi Misir ilahəsi İsida və.s. Od,yay,hava Pmenov, qalanları isə Şedrin tərəfindən hazırlanıb. Kollonadnın üzərindəki heykəllər yaradılannan 50il sonra bərpaya ehtiyyac yarandı. Köhnə skizlərə əsasən yeni mis heykəllərlə əvəz olundu. Bütün borelyeflər Terebeneve aiddir. 1860-cı ildə 4 frontonda yerləşən ilin 12 ayını təsvir edən fiqurlar məhv olundu. Səbəb isə Admirallığın yanında yerləşən saborun yerləşməsi və çar tərəfindən dəstəklənən dini qurumların tələbi Büdpərəstlik miflərinin məhvi. Ekspertlərin dediyinə görə bina 9 dəfə bərpa olunub və hər dəfə əvvəlkindən daha pis vəziyyətdə olub. Heykəltəraş Vladimir Sorinin dediyinə gör heykəllər mutanta oxşadılıb 28 heykəldən 27-si şok yaradır. Bu fiqurlar klassik fiqurlara karikaturadır. Bütün heykəllər sanki selülitdən əziyyət çəkir.

Makidoniyalı İsgənədrin heykəli
Buna səbəb isə 1986-89-cu illədə bu restavrasiya işərini Popkov edib, yeyintilərə yol vermidir və bunun nəticəsində heykəllər hədsiz keyfiyyətsiz olub. Admirallıq binası Peterburqun ən çox alleqorik antik fiqur olan binasıdır.
Yorumlar