top of page
  • Google+ Social Icon
  • Twitter Social Icon
  • LinkedIn Social Icon
  • Facebook Social Icon

Ejen Delakrua "Sardanapalın ölümü"

  • 12 Tem 2017
  • 2 dakikada okunur

I Variant II Variant

Tarixi: 1827 1844

Texnika: Kətan üzərində yağlı boya Kətan üzərində yağlı boya

Ölçüləri: 392 cm × 496 cm 73.71cm × 82.47cm

Saxlanıldığı yer: luvr muzeyi Filadelfiya İncəsənət muzeyi

Yunan tarixçisi Knidoslu Ctesiasa görə Assuriyanın son hökmdarı Sardanapal dünyəvi zövqlərə düşkün biri kimi tarixdə qalıb. Buna görə də təbii olaraq xalq tərəfindən bəyənilməyən Sardanapal assurların düşməni olan med, babil, farslartərəfindən dəstəklənən üsyançılarla üzləşir. Mübarizədə qalib gələ bilməyəcəyini anlayan Sardanapal üsyançıların Ninova şəhərindəki sarayını ələ keçirəcəklərini anlayır, və əsir düşməmək üçün özünü öldürməyi qərara alır. Özünü sarayla birgə yandırmağı düşünən assur hökmdarı bütün xəzinəsini, sahib olduğu hər şeyi özüylə birgə yandırmaq istəyir. Hətta atları, xismətçiləri, sevimli cariyəsi olan Myrrhaim də daxil olmaqla hamının onunla ölməyini istəyir.

Mövzu bir çox sənətçinin əsərlərində ilham mənbəyi olub. İngilis yazıçısı Lord Byronun tragediyasından ilhamlanan Delakrua əsərdə hökmdarın ölmədən öncəki zamanını təsvir edib. Baxmayaraq ki, Byrondan ilhamlanıb yenə də özünəməxsus şəkildə təsvir edib. Delakrua əsərini daha qanlı, daha vəhşi təsvir edib.

Əsər iki versiyada çəkilib. Hər iki əsər ölçülərini və kolorit fərqini çıxmaqla demək olar ki, eynidir. Sadəcə Luvrda saxlanılan əsər daha işıqlıdır. Bu kolorit mənə Rembrandtın “Danaya” əsərindəki işığı xatırlatdı.

Ətrafda əsgərlər xidmətçiləri qətlə yetirir. Ön plandakı çılpaq qadın və boğazını bıçaqla kəsən əsgər ən diqqət çəkən fiqurlardandır. Bir yanda Sardanapalın yatağına uzanıb ağlayan Myrrha, digər yanda qaçmağa çalışan insanlar, bir yanda yanan dəyərli əşyalar və bütün bu qarmaqarışıqlığın içində isə Sardanapal altında fil başlığı ilə təmtərahlı qırmızı yatağın üzərində qayğısız bir şəkildə sakitcə uzanıb, ətrafa tamaşa edir. Bu vəziyyətdə o, həm cəllad, həm hakim, həm də tamaşaçıdır.

Delakrua bu əsəri Napoleonun Misirdə qazandığı zəfərdən sonra təsvir edib.

Əsərdə oryentalizm hiss olunur. Rəssam əsəri şərqə səyahətlərdən əvvəl yaratmağına baxmayaraq şərqlə bağlı bildiyi bütün detalları əsərdə təsvir etməyə çalışıb. Əsərdə Misir motivləri, hind işi fillər, geyimlər və s. rəssamın əsərini mümkün qədər Avropadan uzaq və şərqə yaxın göstərmək istəməyinin nəticəsidir.

əsərdə aşağıdan yuxarı perspektivinin daralması ilə təsvir olunmuş geniş yataq, soldan sağa dağılan duman əsərdə dinamiklik yaradır. Arxa planda yanıb sökülən şəhərdə ön planda faciə içində təsir olunan insanlar var. Rəssam əsərdə qırmızının müxtəlif tonlarından faydalanaraq istədiyi dəhşət və şiddət hissini yaradıb.

 
 
 

Yorumlar


RECENT POST
  • Grey Google+ Icon
  • Grey Twitter Icon
  • Grey LinkedIn Icon
  • Grey Facebook Icon

© 2023 by Talking Business.  Proudly created with Wix.com

bottom of page